Türkiyənin Adana bölgəsində Esentepe qəsəbəsində yaşayan aztəminatlı ailələri ziyarət edən AKP Adana İl Başkanının müavini Filiz Kepme sosial mediada böyük etirazlara səbəb olub. Ziyarət zamanı çəkilən fotolarda Kepmenin 80 min TL dəyərində lüks çəkmələr geyindiyi, lakin görüşdüyü uşaqların ayaqlarında nə ayaqqabı, nə də çorap olduğu diqqətdən yayınmayıb.
Milli.Az xəbər verir ki, Kepme sosial şəbəkə hesabında paylaşdığı görüntülərə "Qəlblərə toxunmaq, vətəndaşlarla eyni süfrəni və ümidi bölüşmək" sözlərini yazsa da, fotolardakı kontrast böyük reaksiyaya yol açıb.
İstifadəçilər sosial mediada "Bu fotonu paylaşmağa utanmadınızmı?", "Qəlblərə yox, sinif fərqlərinə toxunmusunuz" kimi şərhlərlə narazılıqlarını ifadə ediblər.
Lalə Qüdrətova
Milli.Az





