Şou-biznes

“Mən toxunulmazam, şəxsiyyətəm, geyimimə söz demək OLMAZ"

2 Dekabr 2025 09:30
Baxış: 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Mətanət Əsədova efirlərin birində qonaq olarkən canlı yayıma zəng edən tamaşaçının onun geyimi ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Milli.Az xəbər verir ki, sənətçi özünü "toxunulmaz" adlandıraraq tənqidlərə qarşı sərt mövqeyini ortaya qoyub.

Mətanət Əsədova bildirib ki, səhnə geyimləri ilə bağlı müəyyən hallarda ifaçıların həddi aşdığı görünə bilər, lakin bu, tamaşaçılara müğənnilərin şəxsi seçiminə müdaxilə etmək haqqı vermir:

"Bir az həddi aşmış səhnə geyimləri olur, bəli. Amma bir də var ki, müğənninin geyiminə tamaşaçı zəng edib fikir bildirir. Buna icazə vermirəm. Mənə söz demək olmaz, mən toxunulmazam. İlk olaraq özümə qiymət verirəm, sənət mənim üçün 100-cü dərəcədədir. Mən Mətanət Əsədovayam, mən şəxsiyyətəm. Mənə heç kimin söz deməyə ixtiyarı yoxdur. Qayda-qanun, hökumət var".

Müğənni bildirib ki, onun sözləri səhnəyə açıq-saçıq geyimlərlə çıxan ifaçılara ünvanlanmayıb:

"Dediklərim efirə lüt çıxanlara aid deyil. Onlar özləri bilər, yəqin evdə nəyisə qoyub çıxıblar. Bizim geyimlərə qarışmaq olmaz, səsimizə qulaq asın".

Sənətçinin açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.