Fənərbağça ilə Qalatasaray arasında keçirilən Trendyol Süper Liqanın 14-cü tur derbisində baş verən insidentlə bağlı yeni məlumatlar "AA" tərəfindən açıqlanıb.
Milli.Az xəbər verir ki, qarşılaşmanın 27-ci dəqiqəsində Leroy Sanenin vurduğu qoldan sonra qalatasaraylı futbolçular sevinc yaşayarkən, Kazımcan Karataşın üzərinə tribunadan alışqan atılıb. Gənc futbolçu yerə yıxılıb və matçdan sonra onun gözünün altında göyərmə yaranıb.
Stadionun təhlükəsizlik kameralarının görüntülərini izləyən polis alışqanı atan şəxsin azarkeş M.G. olduğunu müəyyən edib və həmin şəxs saxlanılıb.
Saxlanılan şəxsə qarşı "İdmanda Şiddət və Nizamsızlığın Önlənməsi" Qanununa zidd hərəkət səbəbilə hüquqi prosedur tətbiq edilib.
Qeyd edək ki, hadisədən sonra Qalatasaray baş məşqçisi Okan Buruk vəziyyəti kəskin tənqid edərək bildirib ki, "Kazımın gözü kor olmadan, 2-3 oyunçumuzun ayağı qırılmadan stadionu tərk etdik".
Lalə Qüdrətova
Milli.Az





