Martın 12-də səhər alüminiumun birja qiyməti 1.5%-dən çox artaraq, 2022-ci ilin mart ayının əvvəlindən bəri rekordunu yeniləyib.
Milli.Az xəbər verir ki, bunu birja məlumatları göstərir.
Bakı vaxtı ilə saat 11:48-ə olan məlumata görə, alüminium füçersləri əvvəlki bağlanışla müqayisədə 1.58% artaraq bir ton üçün 3 500.5 dollara çatıb. Metalın ticarət zamanı ən yüksək qiyməti 3 502 dollar olub.
Qiymətlər 31 mart 2022-ci ildən bəri ilk dəfə bir ton üçün 3 500 dollardan yuxarı qalxıb.
Milli.Az





