Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda bədbəxt hadisə baş verib.
Milli.Az xəbər verir ki, hadisə rayonun Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 13 yaşlı yeniyetmə qızın meyiti axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanıb. Daha sonra mərhumun telefonunda gördükləri ailəyə daha bir şok yaşadıb.
Atasının sözlərinə görə, yeniyetmə gecə hamı yatandan sonra telefonda qorxulu videolara baxırmış:
"Mən bunu bilmirdim. Polis araşdırandan sonra məlum oldu. Dəhşətdi. Cin, şeytan, qəbiristanlıq kimi görüntülərə baxırmış. Hətta dəftərinin birinə cinə bənzər qorxulu bir rəsm də çəkib. Əsasən, telefonundadır". (baku.tv)
Milli.Az





