Hadisə

Bakıda baş verən ağır qəzanın ANBAAN görüntüsü

2 Dekabr 2025 21:57
Baxış: 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yolun sağı ilə hərəkət edən yük avtomobilinə arxadan gələn minik maşını çırpılır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə səhərə yaxın paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində, Zağulba şossesində baş verib. Kadrlar isə ərazidəki təhlükəsizlik kameralarına düşüb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı həmin görüntülərdən aydın olur ki, bir nəfərin öldümü, iki nəfərin isə xəsarət aldığı  hadisədə minik avtomobilinin sürücüsü ani diqqətsizlik edir.

Hadisədən sonra əraziyə polis, xilasedicilər və təcili yardım avtomobilləri gəlib.

34 yaşlı sürücü Məhərrəm Bağırzadə xəstəxanaya aparılıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan sürücü və digər qadın sərnişin Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.