Yolun sağı ilə hərəkət edən yük avtomobilinə arxadan gələn minik maşını çırpılır.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə səhərə yaxın paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində, Zağulba şossesində baş verib. Kadrlar isə ərazidəki təhlükəsizlik kameralarına düşüb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı həmin görüntülərdən aydın olur ki, bir nəfərin öldümü, iki nəfərin isə xəsarət aldığı hadisədə minik avtomobilinin sürücüsü ani diqqətsizlik edir.
Hadisədən sonra əraziyə polis, xilasedicilər və təcili yardım avtomobilləri gəlib.
34 yaşlı sürücü Məhərrəm Bağırzadə xəstəxanaya aparılıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan sürücü və digər qadın sərnişin Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az