AMEA-nın Dilçilik İnstitutundakı "Qaynar xətt" bugündən öz aktiv fəaliyyətini davam etdirəcək.
İnstitutdan Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldıqdan sonra institutdakı "Qaynar xət"də çalışan iki əməkdaş öz ərizələri ilə işdən azad edilərək bu qurumda işə başlayıblar. Bu səbəbdən, həm də pandemiya dövründə xüsusi bir zəruriyyət olmadığına görə "Qaynar xətt" aktiv fəaliyyət göstərməyib:
"Həmçinin "Qaynar xətt" avadanlıqları yerdəyişmə ilə əlaqədar olaraq başqa otağa keçirilib. "Qaynar xətt"in avadanlıqları hazırda institutun Monitorinq şöbəsindədir və bu avadanlıqlar üzərində müəyyən texniki quraşdırma işi aparılır. Bugündən "Qaynar xətt" öz aktiv fəaliyyətini davam etdirəcək".
Milli.Az