Cəmiyyət

Fərman Salmanov adına Surqut aeroportu Rusiyanın turizm brendləri siyahısına daxil edilib

15 Yanvar 2021 19:44
Baxış: 1 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həmvətənimiz, Sibir neft yataqlarını kəşf etmiş geoloq-neftçi Fərman Salmanovun adını daşıyan Surqut aeroportu Rusiyanın turizm brendləri siyahısına daxil edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, turizm brendlərinin müəyyən edilməsinə dair Ümumrusiya müsabiqəsində ölkənin 1000 ən yaxşı mədəni turizm obyekti seçilir. Müsabiqənin məqsədi turizm marşrutlarının tərtib edilməsi və investorların cəlb olunmasıdır.

Xatırladaq ki, Surqut aeroportu Rusiyanın Ural Federal Dairəsinin iri hava qovşaqlarından biridir. 2019-cu il mayın 31-də aeroporta görkəmli geoloq-neftçi Fərman Salmanovun adı verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.