Cəmiyyət

Mənim balaca oğlum öz böyük ürəyinə bu boyda vətəni sığdırdı - VİDEO

24 Dekabr 2020 14:25
Baxış: 1 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəribə məqamdır, oğlu şəhid olan ata-analar, özlərini o şəhidin adıyla təqdim edirlər. Şəhid filankəsin atası, filan oğulun anası. Bəli, bu dünyadan igidliklə köçən hər övlad öz valideynlərinə bir ad miras qoyub köçür bu dünyadan. Həm də öz millətinə, öz xalqına. Şəhid Məhəmmədin ailəsində olduğu kimi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 19 illik ömründə özündən sonra ad qoyub getmək hər oğula nəsib olmur. Şəmkirin Sabirkənd kəndindən Naxçıvana hərbi xidmətə yollanan Məhəmməd ailəsinə şərəfli ad miras qoyub. Anası deyir ki, mənim balaca oğlum öz böyük ürəyinə bu boyda vətəni sığdırdı, elə onun uğrunda da canından keçdi.

Xüsusi təyinatlı bölmədə xidmət edib. 1 il dörd ay xidmət göstərib. Ondan hamı razılıq edirmiş, döyüş yoldaşları, komandirləri. Müharibə başlayanda könüllü olaraq Naxçıvandan Fizuliyə gedən dəstəyə yazılır. Və bunu ancaq atasına xəbər verir.

Məhəmməd Əliyev sonuncu dəfə bibisi oğlu Əliylə danışır. Əli deyir ki, mən onun səsindən hər şeyi başa düşdüm. Bu, onun axırıncı zəngiydi.

Məhəmməd döyüşdə yaralanarkən, onu döyüş bölgəsindən çıxaran çavuş Yadigar Əliyev də vurulur, şəhid olur. İndi əsgər Məhəmmədin ailəsində çavuş Yadigarın da xatirəsi əziz tutulur. Allah rəhmət eləsin!

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.