Cəmiyyət

"Rasim Ocaqov" fəxri təqaüdünün veriləcəyi növbəti tələbənin adı bəlli olub

2 Noyabr 2020 14:30
Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət Mükafatları larueatı, kinorejissor  Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino rejissorluğu ixtisası üzrə ödənişli təhsil alan tələbəyə verib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Trend.az-a bildirib ki, görkəmli kinorejissorun adına olan təqaüdə İttifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan, maddi-sosial vəziyyəti nəzərə alınaraq təhsilinə dəstək məqsədi ilə ödənişli əsaslarla təhsil alan  4-cü kurs tələbəsi Vüsal Əbdüləli oğlu Hacıyev layiq görülüb. Artıq onun ilk təqaüdü bu ay öz hesabına köçürülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.