Cəmiyyət

230-dan çox əlilə səyyar xidmət göstərilib - FOTO

22 Sentyabr 2020 15:52
Baxış: 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Şəki, Zaqatala, Balakən, Qax, Quba, Qusar, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Sabirabad, Şirvan və Hacıqabul rayonlarında davam etdirib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, 17 rayon üzrə 236 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 1746 reabilitasiya vasitəsi Mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq verilib.

Bir neçə əlilliyi olan şəxsin müraciəti əsasında müayinələri aparılıb, müvafiq ölçülər götürülüb. Yaxın günlərdə onlara da reabilitasiya vasitələri veriləcək.

Əlilliyi olan şəxslər qayğı ilə əhatə olunduqlarından, həmçinin ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin edildiklərindən, bu sahədə xidmətlərdən razılıqlarını bildiriblər.

Ümumilikdə, bu ilin ötən dövründə respublikamızın müxtəlif bölgələri üzrə 866 əlilliyi olan şəxsə səyyar formada xidmətlər göstərilib. Ehtiyac duyduqları 5329 reabilitasiya vasitəsi yaşadıqları rayon və şəhərlərə, bir qisminə evlərinə aparılaraq təqdim edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.