Cəmiyyət

“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin açılış mərasimi keçirilib - VİDEO - FOTO

25 Avqust 2020 21:42
Baxış: 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqustun 25-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında "Dəniz kuboku" beynəlxalq müsabiqəsinin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar ümummilli liderimiz Heydər Əliyevin Hərbi Dəniz Qüvvələri qərargahı qarşısında ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq öz ehtiramlarını ifadə ediblər.

Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Z.Həsənov mərasim iştirakçılarını və qonaqları salamlayaraq "Dəniz kuboku" beynəlxalq müsabiqəsini açıq elan edib.

Rusiyanın Müdafiə naziri ordu generalı S.Şoyqu tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.