23:39
Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən 14-cü mərtəbəsinə qədər şaxta boyunca 24 p.m kommunikasiya xətləri və 24 ədəd elektrik sayğacı yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı liftdə qalan 2 nəfər xilasedicilər tərəfindən xilas edilib, 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
----------
21:25
Bakı şəhərinin Nəsimi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Yanğın saat 20:25-də söndürülüb.
Əlavə məlumat veriləcək.
Milli.Az