Bakıda çoxmərtəbəli binada yanğın olub

29 İyul 2020 23:39

23:39

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən 14-cü mərtəbəsinə qədər şaxta boyunca 24 p.m kommunikasiya xətləri və 24 ədəd elektrik sayğacı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı liftdə qalan 2 nəfər xilasedicilər tərəfindən xilas edilib, 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

----------

21:25

Bakı şəhərinin Nəsimi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Yanğın saat 20:25-də söndürülüb.

Əlavə məlumat veriləcək.

Milli.Az