Təcridxanalarda koronavirusla bağlı epidemioloji vəziyyət sabitləşib və hazırda təhlükəli deyil.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O əlavə edib ki, bütün ölkə ərazisjndə sərt karantin rejimin bərpası gündəmdə deyil: "Lokal göstəricilər nəzərə alınmaqla ayrı-ayrı yerlərdə karantin tədbirləri tətbiq edilə bilər. Bununla bağlı həftə sonlarında və bayram günlərində küçəyə çıxma ilə bağlı müəyyən alqoritmlər tətbiq edilə bilər".
Milli.Az