Hadisə

Tovuzda qidadan zəhərlənənlər evə buraxıldı - YENİLƏNİB

16 Noyabr 2025 21:23
Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuzda qidadan zəhərlənənlər evə buraxılıblar.

Milli.Az-ın Qərb bürosunun məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən bir ailənin 4 üzvü göstərilən tibbi yardımlardan sonra evə buraxılıblar.

Onların pendirdən zəhərləndikləri ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

--------
Tovuz rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, zəhərlənənlər Qovlar kənd sakinləri Ramal Əhmədov İslam oğlu (1986) ,Vüsalə Hüseynova Namiq (1989) Dəniz Əhmədli Ramal (2010) və  Banu Çicək Əhmədlidir. (2013)

Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

Onların pendirdən zəhərləndikləri güman edilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.