Ramin Bayramlı: Təcridxanalarda epidemioloji vəziyyət sabitləşib

29 May 2020 19:43

Təcridxanalarda koronavirusla bağlı epidemioloji vəziyyət sabitləşib və hazırda təhlükəli deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O əlavə edib ki, bütün ölkə ərazisjndə sərt karantin rejimin bərpası gündəmdə deyil: "Lokal göstəricilər nəzərə alınmaqla ayrı-ayrı yerlərdə karantin tədbirləri tətbiq edilə bilər. Bununla bağlı həftə sonlarında və bayram günlərində küçəyə çıxma ilə bağlı müəyyən alqoritmlər tətbiq edilə bilər".

Milli.Az