Cəmiyyət

Yaqut Qarayeva: Son testlər nəticəsində qərara gəldik ki...

24 Aprel 2020 22:15
Baxış: 5 034
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son testlər nəticəsində qərara gəldik ki, yumşaltma tətbiq etmək olar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu AzTV-nin "Hədəf" verilişinin qonağı olan TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, son günlər ölkə ərazisində pozitiv tendensiya özünü göstərir:

"Bu gün biz ölkə üzrə 44 yoluxma, 65 sağalan şəxs haqqında statistika vermişik. Bundan əlavə, mindən çox vətəndaş sağalıb. Qeyd edim ki, pozitiv tendensiya təkcə yoluxan və sağalan şəxslərin sayı ilə təyin olunmur, eyni zamanda apardığımız testlərin sayı ilə müəyyən olunur. Son həftə biz testlərin sayını gündəlik olaraq 4-5 min arasında tutduq və onları məqsədyönlü şəkildə apardıq. Çalışdıq ki, sadəcə xəstələr yox, çox ünsiyyətdə olan qruplar arasında testlər aparaq və yoluxmanın hansı səviyyədə olduğunu analiz edək. Son testlərin nəticəsinə əsasən qərara gəldik ki, yumşaltma tətbiq etmək olar".

Y.Qarayeva əlavə edib ki, Prezident İlham Əliyev bugünkü çıxışı zamanı çox gözəl vurğuladı ki, hər kəsdə məsuliyyət hissi olmalıdır:

"Belə desək dövlətimiz və dövlət başçımız vətəndaşların iqtisadi, sosial və psixoloji çətinliklərini başa düşərək müəyyən yumşaldılma tədbirləri üçün adımlar atdı. Lakin bundan sonra məsuliyyət artıq xalqımıza düşür. Hər kəs öz sosial məsuliyyətini anlamalı və ona uyğun davranmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.