Cəmiyyət

YAP-ın təşəbbüsü ilə bu gündən sosial aksiya başlayır - FOTO

21 Mart 2020 15:49
Baxış: 1 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gündən Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya start verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, aksiyaya partiyanın Nizami rayon təşkilatının fəal üzvləri, könüllüləri də qoşulublar. Onlar tənha, ahıl, qayğıya ehtiyacı olan insanların evlərində olub, gigiyenik vasitələr aparıblar. Qayğıya ehtiyacı olan yaşlı insanlara Koronavirus təhlükəsi və ondan qorunma üsulları barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, aksiyanın məqsədi əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.