Cəmiyyət

Xülya Cəfərovanın “Külək – Yel kürəsinin şahzadəsi” kitabının təqdimatı olub - VİDEO - FOTO

7 İyul 2018 18:35
Baxış: 3 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Daş salnamə muzeyində gənc yazıçı Xülya Cəfərovanın yeni çapdan çıxan "Külək - Yel kürəsinin şahzadəsi" kitabının təqdimatı olub.

Milli.Az xəbər verir ki, "ASAN xidmət", Mədəniyyət, Gənclər və İdman nazirlikləri, BMT-nin İnkişaf Proqramı və digər dövlət və özəl qurumlarının dəstəyi ilə təşkil olunan tədbirdə əvvəlcə iştirakçılara kitabın superqəhramanları haqqında sorğunun əks olunduğu videoçarx nümayiş edilib.
Tədbirdə "ASAN Könüllülük" məktəbinin rəhbəri Cahangir Hacıyev təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, bu gün təqdimatı keçirilən kitabın müəllifinin "ASAN Könüllülük" məktəbinin 15 min məzunundan biri olması sevindirici haldır.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Qənirə Paşayeva, Xalq Yazıçısı Çingiz Abdullayev, BMT-nin İnkişaf Proqramının təmsilçisi Məzahir Əfəndiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov və başqaları çıxış edərək kitab barədə fikirlərini bölüşüblər və gənc yazıçıya uğurlar arzulayıblar.

Bildirilib ki, fantastika janrında olan "Külək. Yel kürəsinin şahzadəsi" Azərbaycan ədəbiyyatında ilk milli superqəhrəmanların macəralarından bəhs edən kitabdır. Əsərdə "Yel Kürəsi"nin fövqəlgüclərə malik olan superqəhrəmanlarının timsalında xeyirlə şərin əbədi mübarizəsinə fərqli bir prizmadan yanaşılıb. Xülya Cəfərova tərəfindən yazılmış Külək romanlar seriyasından olan ilk romandır. Roman oxucunu yaşadığı dünyaya kənardan - Yel kürəsindən baxmağa sövq edir. Bu səyahət zamanı isə onu Külək müşayiət edir. Külək Yel kürəsini və onun mərkəzi Bakını xilas etmək üçün atası İşığa yardım eləməyə qərarlıdır. Alov - romanın əsas mənfi personajıdır. Lakin buna müvəffəq olmaq heç də asan deyil. Üstəlik, Yer kürəsinin də taleyi indi bu balaca qızdan asılıdır. Buna baxmayaraq, Külək anası Umayın nağıllarından, atası İşığın məsləhətlərindən və Simurq quşunun qorumasından güc alaraq, bu amansız yolda inamla addımlayır. Romanda Bakı şəhəri, Qız Qalası, İçərişəhər, Bayıl qalası, Atəşgah, Qobustan və digər tarixi məkanların mistik üzü oxucuya təqdim olunub.

Sonda çıxış edən müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, "Külək - Yel kürəsinin şahzadəsi" kitabı ASAN Könüllülük Məktəbinin dəstəyi ilə "TEAS Press" Nəşriyyat Evi tərəfindən "3 alma" əmtəə nişanı ilə nəşr edilib.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az, Azernews.az

Videonu izləmək üçün şəklə klikləyin:
Xülya Cəfərovanın

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.