Cəmiyyət

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində uşaqlar üçün Yeni il tədbiri keçirilib - FOTO

26 Dekabr 2025 19:05
Baxış: 390
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yeni il ərəfəsində Yevlax şəhərində yaşayan uşaqlar üçün yeni il tədbiri keçirilib. 

Milli.Az xəbər verir ki, bayram tədbiri çərçivəsində müxtəlif yaş qruplarına aid olan 30 uşağa velosipedlər, eləcə də təhlükəsizlik ləvazimatları hədiyyə olunub. Bu təşəbbüs balacalara yeni il ərəfəsində xoşbəxtlik və bayram əhval-ruhiyyəsi bəxş edib.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.