İdman

"Real" Alonsonu əvəz edəcək məşqçini TAPDI - KİV

26 Dekabr 2025 10:48
Baxış: 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid"in gənclər komandasının (Kastilla) baş məşqçisi Alvaro Arbeloa klubda Xabi Alonsonu əvəzləyə biləcək əsas namizəd kimi göstərilir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi kadr problemlərini həll etmək üçün qış transfer pəncərəsində fəallaşmağı nəzərdən keçirsə də, klub rəhbərliyi yanvar ayında transferlərin reallaşmasını real hesab etmir.

Qeyd olunur ki, İspaniya Super Kuboku "Real" üçün mövsümün həlledici mərhələlərindən biri ola bilər. Xabi Alonsonun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam etdiyi üçün mümkün dəyişiklik variantı kimi Alvaro Arbeloanın adı ön plana çıxır.

Hazırda "Real Madrid" İspaniya La Liqasının turnir cədvəlində 42 xalla ikinci pillədə qərarlaşıb və lider "Barselona"dan 4 xal geri qalır.

Madrid klubu İspaniya Super Kubokunun yarımfinal mərhələsində "Atletiko Madrid"lə üz-üzə gələcək. Qarşılaşma yanvarın 8-də baş tutacaq.

Tural
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.