Sağlamlıq

Bayramda bunları yeməyin!

27 Dekabr 2025 01:01
Baxış: 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bayram günlərində süfrələrin bol və çeşidli olması çox vaxt həddindən artıq qidalanmaya səbəb olur. Mütəxəssislər xəbərdarlıq edir ki, normadan artıq yemək mədə-bağırsaq sistemində ağırlaşma, köp, həzm pozğunluğu və ümumi narahatlıq yarada bilər.

Milli.Az-ın məlumatına görə, bu cür fəsadların qarşısını almaq üçün qidalanmanın optimal rejiminə əməl etmək, porsiyalara diqqət yetirmək və həddi aşmamaq vacibdir.

Qidaları qarışdırmaqdan çəkinin

Bayram süfrələrində ən çox yol verilən səhvlərdən biri də müxtəlif qidaların uyğunluğuna fikir verilmədən istehlak edilməsidir. Zülal, karbohidrat və yağların balanssız şəkildə birlikdə qəbulu həzm prosesini çətinləşdirir və mədədə ağırlıq hissi yaradır. Buna görə qidaların düzgün və balanslı seçilməsi tövsiyə olunur.

Yağlı və qızardılmış yeməklər risk yaradır

Qızardılmış və yağlı yeməklərə üstünlük verilməsi həzm sisteminə əlavə yük salır, eyni zamanda artıq çəki riskini artırır. Mütəxəssislər bu cür yeməklər əvəzinə sobada və ya buxarda bişirilmiş balıq və ət yeməklərinə üstünlük verməyi məsləhət görürlər.

Mayonezə diqqət

Yüksək kalorili sousların, xüsusilə mayonezin həddindən artıq istifadəsi də sağlamlıq üçün arzuolunan deyil. Onun əvəzinə qatıq, kefir və ya xama əsaslı daha yüngül souslardan istifadə edilməsi tövsiyə olunur.

Maye qəbulu da önəmlidir

Bayram günlərində düzgün maye qəbulu sağlamlıq baxımından mühüm rol oynayır. Yemək zamanı və ya dərhal sonra su içmək həzmi zəiflədə, qazlı və şəkərli içkilər isə mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Daha düzgün yanaşma suyu yeməkdən təxminən 30 dəqiqə əvvəl ilıq halda içmək, qazlı və şəkərli içkilərdən isə uzaq durmaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.