Radiatorun suyunu nə vaxt boşaltmaq lazımdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir çox evdə radiatorlar qış boyu işləyir, lakin baxım zamanı gəldikdə çox az adamın ağlına gəlir. Halbuki mütəxəssislərin fikrincə, sistemdəki suyun müəyyən aralıqlarla boşaldılması həm isinmə performansına, həm də sistemin ömrünə birbaşa təsir edir. Bu sadə prosedura etinasız yanaşmaq yanacaq sərfiyyatını fərqinə varmadan artıra bilər.
Milli.Az xəbər verir ki, istilik sistemində dövr edən su zamanla daxilindəki ərp, lil və metal hissəcikləri səbəbindən radiatorların alt hissəsində çöküntü yaradır. Bu yığıntı isti suyun radiatorun içində rahat dövr etməsinə mane olur. Nəticədə radiatorun altı soyuq, üstü isə isti qalır və ev istənilən səviyyədə isinmir.
Təmir ustalarının bildirdiyinə görə, bu vəziyyət kombin daha uzun müddət işləməsinə səbəb olur. Yəni, ev tam isinmədiyi halda qaz sərfiyyatı artır. Bundan əlavə, yığılan lil borularda daralmaya və uzunmüddətli perspektivdə sızma riskinə yol aça bilər.
Ekspertlərin ortaq rəyi belədir: Sistemdəki su ən azı ildə bir dəfə boşaldılmalıdır. Bu, daxildə yığılan çöküntünün kənarlaşdırılmasını və sistemin daha səmərəli işləməsini təmin edir. Əgər ev köhnədirsə, borular illərdir təmizlənməyibsə və ya radiatorların altı kəskin şəkildə soyuq qalırsa, bu müddətin 6 ayda birə endirilməsi məsləhətdir. Xüsusilə suyun "sərt" olduğu bölgələrdə ərp daha sürətlə yığılır.
Suyun Təcili Dəyişilməli Olduğunu Göstərən İşarələr:
- Radiatorun yuxarı hissəsi qaynar, alt hissəsi isə ilıq və ya tam soyuqdursa;
- Kombi işləyərkən sistemdən tıqqıltı, uğultu və ya qəribə su səsləri gəlirsə;
- Havasını aldığınız halda radiator isinmirsə;
- Radiatorun kranından gələn su tünd rəngli və ya palçıqlıdırsa.
Radiator suyunun müntəzəm boşaldılmaması kombinin gücə düşməsinə və bəzi bahalı hissələrin sıradan çıxmasına səbəb ola bilər. Bu isə həm yüksək faktura, həm də erkən nasazlıq deməkdir. Müntəzəm təmizlənən sistemlərin daha tez isindiyi və yanacaq qənaətini gözlə görünən dərəcədə artırdığı vurğulanır.
Radiator suyunu boşaltmaq üçün ən ideal dövr yazın sonu və ya payızın əvvəlidir. Bu dövrlərdə isinməyə ehtiyac olmadığı üçün sistemin müvəqqəti dayandırılması heç bir problem yaratmır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
-
Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - (Video)
-
"Qarabağ" "Neftçi" ilə oyunun son dəqiqəsində məğlubiyyətdən xilas olub - (Video)
-
"Neftçi" azarkeşləri məşəl yandırdı - (Video)
-
Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
XƏBƏR LENTİ
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
-
Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - (Video)
-
Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir
-
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
"Qarabağ" "Neftçi" ilə oyunun son dəqiqəsində məğlubiyyətdən xilas olub - (Video)
-
"Neftçi" azarkeşləri məşəl yandırdı - (Video)
-
“Atam və anamdan çox o, mənə dəstək oldu“ İradə İbrahimova
-
"Mançester Siti" qələbə qazandı
-
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
-
“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - Lalə Məmmədova
-
Roma Papası xəstəxanadan evə buraxıldı
-
Xırdalanda 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq ölüb
-
Bərdə xəstəxanasında sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi
-
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
-
Fuad İbrahimov BIAF haqqında: Bakı Şərq və Qərb mədəniyyətlərinin qovşağı kimi tarixi rolunu vurğulayır - (Foto)
-
Tramp Məhəmməd adı ilə zarafat etdi
-
“Sabah” “Qəbələ”ni darmadağın etdi - Yenilənib
-
Elnarə Abdullayeva nənə oldu - (Foto)
-
Məktəbin yanında söyüş söyən 7 nəfər həbs edildi
-
Bekhem FİFA prezidenti ola bilər
-
Rusiya Ukraynanın enerji obyektlərini bombalayıb
-
Sabah yollarda görünüş məsafəsi azalacaq





