950 milyon sərvəti var, dolana bilmədiyini açıqladı - İş adamı gündəmdə - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə "ESAS" Holdinqin İdarə Heyətinin sədri Ali Sabancı "Fast Company Türkiye" tərəfindən İstanbulda təşkil edilən 2025-ci ilin son "CEO Council" tədbirində çıxışı ilə gündəmi olub. Milyarder iş adamı çıxışında "Dolana bilmirəm" ifadəsini işlədib.
Milli.Az xəbər verir ki, sualları cavablandıran Ali Sabancı rəhbərlik etdiyi şirkətin fəaliyyəti haqqında mühüm rəqəmlər paylaşıb:
- Şirkət təxminən 9 milyar dollar dəyərində aktivləri idarə edir.
- Bu vəsaitlərin 50%-i xaricdə - London, Frankfurt, Nyu-York və Dubaydakı ofislər vasitəsilə idarə olunur.
- Şirkətin ABŞ-dən Afrikaya qədər 120-130 tərəfdaşı var.
Sabancı insanların maddi ambisiyalarından danışarkən özünü nümunə gətirib: "Hər kəsin maddi məqsədləri var. Bilirsinizmi, mənim də maddi ambisiyalarım var. Mən dolana bilmirəm. Yəni, arzuladıqlarımla müqayisədə keçinə bilmirəm. Buna görə də işi çox doğru qurmaq lazımdır. İnsanları maliyyə cəhətdən 'sərxoş edəcək' strukturlar olmalıdır ki, istedadlı kadrlar başqa yerə getməsinlər."
Ali Sabancı Türkiyədəki iqtisadi gündəmlə qlobal reallıqları müqayisə edib: "Biz elə bir ölkədə yaşayırıq ki, təbii olaraq 'faiz nə olacaq?', 'inflyasiya nə olacaq?' suallarına köklənirik. Halbuki Londona enəndə və pasport nəzarətindəki məmur 'səfərinizin məqsədi nədir?' deyə soruşanda real dünyanın nə qədər böyük olduğunu anlayırsan."
İş adamı qlobal oyunçu olmağın vacibliyini maraqlı bənzətmə ilə izah edib: "Mən 'türkləri bəyənmirəm' demirəm. Amma Yaponiyaya gedəndə kababçıya deyil, suşi yeməyə getməlisən. Mühit nəyi tələb edirsə, onu etməlisən. Bunun üçün də tez-tez buradan (Türkiyədən) çıxmaq lazımdır. Buradan çıxanda hər şeyi daha yaxşı anlayırsan."
Sabancı sonda qeyd edib ki, Londona gedərkən pasport polisinin sualına həmişə eyni cavabı verir: "Həm əyləncə, həm də iş üçün gəlirəm."
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Türk gəmisi vuruldu - ağır yaralılar var - Yenilənib - (Video)
-
İstanbulda torpaq sürüşməsi baş verib, dağıntılar altında qalanlar var (Foto)
-
Erdal Beşikçioğlunun həbsxanaya köçürüldüyü anlar - (Foto)
-
"Behzat Ç" saxlanıldı - (Yenilənib)
-
11 nəfərin boğulduğu suda üzüb "qorxmuruq" dedilər - (Video)
-
Türkiyədə meşə yanğınları davam edir - Minə yaxın insan təxliyə olundu - (Video)
XƏBƏR LENTİ
-
Qeydiyyatsız qalan əcnəbiləri hansı cəza gözləyir?
-
İran: Hörmüzdə vurulan gəmilər silah və sursat daşıyırdı
-
“Barselona”nın qapıçısı Ter Ştegen “Ayaks”a keçdi
-
Ordubadın 41 yaşlı yeni icra başçısı: Nurlan Hacıyev kimdir?
-
Culfanın yeni icra başçısı kimdir? - Dosye
-
Naim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinə başçı təyin edilib
-
Ordubad Rayon İcra Hakimiyyətinə başçı təyin edilib
-
Ronaldunun toyuna gələcək məşhurların adları açıqlandı
-
Naxcıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin edilib - Sərəncam
-
Dənizdə batan gənc tələbə imiş
-
Pezeşkian istefa xəbərlərinə cavab verdi
-
Sabahın hava proqnozu açıqlandı
-
Bakıda möhtəşəm meteor yağışı izləniləcək - Tarix açıqlandı
-
Azərbaycanda zəlzələ oldu
-
Pilotun çamadanından 25 kiloqram narkotik çıxdı
-
Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlandı
-
"Quba Palace"da qolf turniri keçirildi - (Video/Foto)
-
Bakı metrosunda böyük dəyişiklik: Ayın 15-dən
-
Həbsxanada qızını öldürən məhkum dünyasını dəyişdi
-
İşçiləri sevindirəcək yenilik
-
Bakıda məktəbin qarşısında qəza - “Avatr” hasara çırpıldı - (Video)
-
Venesueladakı zəlzələdə ölənlərin sayı 6 mini keçdi
-
Gürcüstanda azərbaycanlı gənc faciəvi şəkildə öldü
-
Bakıda “Audi” neft quyusuna düşdü - (Video)





