İyulun 23-də 3 yaş yarımlıq uşağını tərk edərək Azərbaycandan Türkiyəyə qaçan Nailə Şirinovanın qaldığı yer tapılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nailə hazırda Kocaeli vilayətinin Derince rayonu yaxınlarında Bekir Özdemir adlı şəxslə birlikdə yaşayır.
Nailənin atası Səməd Şirinov da proqrama qatılıb. O, qızının necə olduğunu, harada yaşadığını bilmək istədiyini söyləyib.
Esra Erolun komandası Nailənin qaldığı ünvana yollanıb. Lakin Nailə qəti şəkildə üzünü göstərməkdən imtina edib, o atası və ailəsindən heç kəsi görmək istəmədiyini bildirib.
Məlum olub ki, Bekirlə Nailənin tanışlığı keçən ilin yanvarından başlayıb. Onlar əvvəlcə yazışmağa başlayıblar. Daha sonra isə Nailə Türkiyəyə qaçıb. Bekir Nailənin ailəli və uşaqlı olduğunu görüşə qədər bilmədiyini qeyd edib. Studiyda olan Səməd isə onun yalan söylədiyini, mesajları saxladığını bildirib.
Lalə Qüdrətova
Milli.Az





