İdman

"Barselona"da Flik və Deko arasında fikir ayrılığı yaranıb

27 Dekabr 2025 01:33
Baxış: 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"da müdafiə xəttinin gücləndirilməsi prioritet olaraq qalır.

Milli.Az xəbər verir ki, baş məşqçi Hansi Flik bu mövqedə başlıca transfer hədəfi kimi "Borussia Dortmund"un mərkəz müdafiəçisi Niko Şlotterbeki görür.

Lakin, klubun idman direktoru Deko daha çox "İnter"in ulduzu Alessandro Bastonini bəyənir. Buna baxmayaraq, italiyalı futbolçunun transferi hazırda çətin görünür: Bastoninin qiyməti çox yüksəkdir və oyunçunun "İnter"dən ayrılmağa isti baxmadığı bildirilir.

Məlumata görə, Bastoninin meneceri bir neçə klubla, o cümlədən "Barselona" ilə əlaqə saxlayır. Buna baxmayaraq, kataloniyalıların əsas real hədəfinin Şlotterbek olduğu qeyd olunur. (Offsideplus.az)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.