İdman

Koxalski “Qarabağ”dan ayrılacaq? - polyak qərarını verdi

26 Dekabr 2025 14:46
Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski gələcək karyerası ilə bağlı qərar verib.

Milli.Az Sportal.az-a istinadən xəbər verir ki, polyak qapıçıya Avropanın bir çox klubundan təklif olsa da, Koxalski "Qarabağ"dan ayrılmayacaq.

Mateuşun Ağdam klubunda qalmaq istədiyi üçün hələ ki təklifləri geri çevirib. Misli Premyer Liqasının 16-cı turunun "Qəbələ" ilə matçından sonra da bu barədə fikrini rəhbərliyə bildirib.

25 yaşlı futbolçunun "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, 2024-cü il avqust ayında Ağdam klubu ilə anlaşıb. Koxalski "Legiya", "Radomiak", "Stal" klublarının qapısını qoruyub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.