Cəmiyyət

Bakıda daha bir icra başçısının müavini xanım oldu

5 Fevral 2014 17:39
Baxış: 4 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı rayonlarında icra başçılarının xanım müavinlərinin sayı artıb

Ən son təyinat bir müddət öncə Suraxanı rayonu İcra Hakimiyyətində gerçəkləşib.

Belə ki, bu yaxınlaradək Bülbülə qəsəbəsindəki 327 saylı məktəbin direktoru vəzifəsində çalışan Sevinc Hüseynova Suraxanı rayonu İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

Sevinc Hüseynovaya 1-ci dərəcəli dövlət qulluqçusu statusu da verilib. Suraxanı rayon İcra Hakimiyyətindən Modern.az saytına verilən məlumata görə, Sevinc Hüseynova dekabr ayının sonlarında bu vəzifəyə gətirilib.

Bununla da Bakıda icra başçılarının xanım müavinlərinin sayı 9-a yüksəlib.

Binəqədi rayon İcra Hakimiyyətində Aygün Əliyeva, Nəsimi rayon İcra Hakimiyyətində Gülarə Verdiyeva, Xətai rayon İcra Hakimiyyətində Jalə Abdıyeva, Yasamal rayon İcra Hakimiyyətində Sevil Əliyeva, Nizami rayon İcra Hakimiyyətində Gülnaz İsrafilova, Sabunçu rayon İcra Hakimiyyətində Arzu Məmmədova, Xəzər rayon İcra Hakimiyyətində Lalə Əhmədova, Səbail rayon İcra Hakimiyyətində Xalidə Bayramova icra başçılarının xanım müavinlərdir.

Modern.az saytının məlumatına görə, hazırda Bakı rayonlarından yalnız Qaradağ, Nərimanov və Pirallahı rayon İcra Hakimiyyətlərində müavinlərin heç biri xanım deyil.

Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da uzun illərdir xanım müavinlə işləyir. Merin müavinlərindən biri Fidumə Hüseynovadır.

Onu da qeyd edək ki, Prezident Administrasiyası hələ bir müddət öncə hər bir rayonda icra başçısının müavinlərindən birinin qadın olması ilə bağlı göstəriş verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.