Hadisə

Binəqədi şosesindəki təmirlə bağlı açıqlama - YENİLƏNİB - FOTO

30 May 2025 18:49
Baxış: 1 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

18:49

​Milli.Az-a bildirilib ki, Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən verilmiş sxemə və "Azərsu" ASC-nin texniki şərtinə əsasən, qeyd etdiyiniz ünvanında yerləşən dövlət tərəfindən inşa edilmiş yaşayış komplekslərinə kanalizasiya xəttlərinin çəkilməsi məqsədilə müvafiq razılıq alaraq yuxarıda qeyd olunan ünvanda sonradan bərpa edilmək şərti ilə asfalt örtüyü sökülmüşdür. Həmçinin əlavə məlumat üçün bildiririk ki, işin icrası zamanı nəqliyyatın hərəkəti dayandırılmamışdır.

--------
15:32

Binəqədi şosesində bir neçə gündür ki təmir işləri aparılır.

Milli.Az xəbər verir ki, 6 kəndi Azadlıq prospekti ilə birləşdirən şosedə təmir işlərinin aparılması yolda pik saatlarda nəqliyyatı iflic edib.

Adi günlərdə də kilometrlərlə tıxac müşahidə olunan yolda aparılan təmir işləri indi daha da uzun tıxacların yaranmasına səbəb olur.

Təmir işləri ilə əlaqədar olaraq bildirilib ki, qeyd olunan ünvanda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən hər hansı iş aparılmır. Qazıntı işləri başqa şirkət və ya qurumla əlaqəlidir.

AAYDA da bildirib ki, təmir işləri onlarla da əlaqəli deyil.

İslam
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.