Cəmiyyət

Fətəli xan Xoyski küçəsində yenilik tətbiq olunur

30 May 2025 18:16
Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fətəli xan Xoyski küçəsi, "Gənclik Mall"un qarşısı sıxlıq hallarının müşahidə edildiyi ərazidir. Əhmədbəy Ağaoğlu küçəsi, Vaqif və Atatürk prospektləri istiqamətlərindən gələn 6 hərəkət zolağı bu ərazidə 3 hərəkət zolağı ilə əvəzlənir. Nəticədə darboğaz əmələ gəlir və nəqliyyat vasitələrinin hərəkəti çətinləşir.

Bundan əlavə, "Gənclik Mall"a gələn yüksək ziyarətçi axını parklanma yerinin girişində növbəyə səbəb olur. Bu isə Fətəli xan Xoyski küçəsini, o cümlədən, avtobus zolağını bloklayır. Məsələnin həlli üçün yeni layihə icra olunacaq.

"Gənclik Mall"un giriş hissəsində "dropoff" məntəqəsinin yaradılması, parklanma yerinin giriş hissəsində olan geriyədönmə yerinin təkmilləşdirilməsi, Fətəli xan Xoyski küçəsindəki zolaqların silinərək yenidən çəkilməsi və 3 hərəkət zolağının 4 hərəkət zolağı ilə əvəzlənməsi nəzərdə tutuluг.

Bununla da ticarət və əyləncə mərkəzinin giriş hissəsində sıxlığın azaldılması, sıxlıq olsa belə bunun əsas yola minimum təsiri müşahidə ediləcək, avtomobil və ictimai nəqliyyatın fasiləsiz olaraq hərəkətinin təmin edilməsi baş tutacaq.

Bütün tənzimləmələr AYNA-nın mütəxəssisləri tərəfindən hesablanıb və təhlil olunub, vətəndaşların daha rahat hərəkət etməsi üçün nəzərdə tutulub.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.