Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var.
Milli.Az xəbər verir ki, bu barədə "Haberturk TV" məlumat yayıb.
Kanalın yaydığı məlumata görə, üçü özbək, ikisi Azərbaycan vətəndaşı olan beş nəfər saxlanılıb. Onlar hadisəni törətdikdən sonra bərbərə gedərək, saçlarını kəsdirib, paltarlarını dəyişsələr də, türk jandarması onları Antalya aeroportunda saxlayıb. Şübhəli şəxslərdən biri Rusiyaya qaçmağa müvəffəq olsa da, Türkiyənin qarşı tərəfə məlumat verməsi ilə təyyarədən düşən kimi saxlanılıb. Hazırda həmin şəxsin Türkiyəyə ekstradisiya olunması ilə bağlı zəruri prosedurlar həyata keçirilir.
Saxlanılan şəxslərdən birinin Azərbaycan milli komandasının baş məşqçisi olduğu bildirilir.
Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimovdan gedir.
Qeyd edək ki, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev may ayının 28-də Antalyada keçirilən dünya çempionatı zamanı iki nəfərin hücumuna məruz qalıb. O, boynundan və qarnından bıçaqlanmışdı. Əməliyyatdan sonra palataya köçürülən federasiya prezidentinin vəziyyəti stabil qiymətləndirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
-
BLOK3 7,8 milyonluq avtomobil aldı
-
PSJ-də ciddi itki
-
Fədayə Rusiyadan köçür
-
Rusiyada 6,2 ballıq zəlzələ oldu
-
Jorje Jezuş Ronaldonun son matçında olmayacaq
-
78 yaşlı Fuat Güner sevgilisi ilə
-
Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib
-
Ərdoğan Yunanıstan Prezidenti ilə görüşüb
-
Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək
-
Bərdədə ölən 18 yaşlı qızın anası: "Bədənində izlər var idi, yazışmaları silinib"
-
Sneyder mükafatlarını satır
-
Moskva Paşinyana iki şərt irəli sürəcək
-
Türkiyə bu ölkədə PUA mərkəzi açacaq
-
Mahsun Kırmızıgül: “Elə övlada heç bir miras qoymaram”
-
Qvardiola “Barselona”ya qayıdır? - Özü açıqladı
-
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb
-
Nigar Camal: "Deyirlər ki, bilirik necə qazanır 400 minlik maşın alır" - (Foto)
-
Sakit Orduxanlı vəfat etdi (Foto)
-
Vilyam Hacıyevin azadlıqda ilk Fotosu
-
Lalə Azərtaş 25 kq çəki atdı
-
Bethovenin karlığının mümkün səbəbi - 220 il sonra üzə çıxdı
-
Bakıda 87 minə “Zapı” satılır - (Foto)
-
"Vəziyyət kritik həddə çatır, Zelenski devriləcək"





