"Allah haqqı, itin zülmünü çəkirik"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Biləsuvar rayonunun Əhmədağa Muğanlı küçəsində yaşayan sakinlər uzun illərdir davam edən içməli su problemi ilə üzləşiblər.
Milli.Az xəbər verir ki, yerli əhali aidiyyəti qurumlardan kömək gözlədiklərini, lakin məsələnin hələ də köklü şəkildə həll olunmadığını bildirir.
Sakinlərdən biri vəziyyətin nə qədər ağır olduğunu belə ifadə edib:
"Suyumuz yoxdur, quru səhrada su deyib mələyirik. Məcbur qalıb bataqlıqdan su götürürük. Allah haqqı, itin zülmünü çəkirik".
Onların sözlərinə görə, suyun olmaması təkcə gündəlik məişət işlərini deyil, həm də sağlamlıqlarını ciddi şəkildə təhlükə altına atır. Xüsusilə yay aylarında vəziyyət daha da dözülməz hal alır.
Məsələ ilə bağlı Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi açıqlama verib. Qurumdan bildirilib ki, Əhmədağa Muğanlı küçəsi rayonun sonradan salınmış yaşayış sahələrindən biridir. Su-kanalizasiya sistemi layihələndirilərkən bu ərazidə yaşayış nəzərdə tutulmadığından, adıçəkilən küçə həmin layihəyə daxil edilməyib.
Sonradan yaranan tələbat və sakinlərin çoxsaylı müraciətlərindən sonra Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən məsələ İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə çatdırılıb. İcazə alındıqdan sonra əhali şəxsi vəsaiti hesabına müvəqqəti su xətti çəkdirib. Lakin bu sistem rəsmi layihədə nəzərdə tutulmadığı üçün sayğacların quraşdırılması və davamlı texniki xidmət məsələləri mümkün olmayıb.
Qurumun verdiyi son məlumata əsasən, hazırda problemin daimi şəkildə həlli üçün aidiyyəti dövlət qurumları tərəfindən əlavə işlər görülür və bu istiqamətdə planlaşdırılmış addımlar atılmaqdadır.
Sakinlər isə vəziyyətin daha da uzanmasından narahatdır və rəsmi qurumların məsələni təxirə salmadan tam həll edəcəyinə ümid edirlər. Çünki bu cür su çatışmazlığı yalnız sosial narahatlıq deyil, eyni zamanda ciddi sanitariya və sağlamlıq riskləri də yaradır.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz





