Ölkə

Ən yüksək balı onlar topladı - FOTO

30 May 2025 22:37
Baxış: 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına mayın 11-də keçirilən qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.

Milli.Az-ın məlumatına görə, imtahanda 3 nəfər 95.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib. 

Magistratura üzrə ən yüksək bal toplayanlar Aydan Süleymanova, Nicat Əliyev və Dilşad Musayevadır.

Fotoda: Aydan Süleymanova

İmtahanda 95,5 bal toplayan A.Süleymanova UNEC-də Maliyyə ixtisası üzrə beynəlxalq iqtisad məktəbi fakültəsində bakalavr təhsili alır.

Fotoda: Nicat Əliyev 

O, Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alır.

Fotoda:Dilşad Musayeva

Dilşad Musayeva isə Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsində riyaziyyat müəllimliyi üzrə təhsil alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.