Alimlər ömrü uzatmağın yolunu tapdı - İki dərmandan ibarət kokteyl...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər ömrü uzatmağın yolunu tapıblar.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumat "Nature Aging" jurnalında dərc olunub.
Avropada aparılan araşdırma nəticəsində məlum olub ki, iki dərmandan ibarət "yaşlanma əleyhinə kokteyl" siçanlarda ömrü 30 faiz artırır.
Almaniyadakı Max Plank Yaşlanma Biologiyası İnstitutunda aparılan araşdırma zamanı iki dərmanın birləşməsindən yaradılan qarışığın siçanlarda həyat müddətini əhəmiyyətli dərəcədə uzatdığı məlum olub.
Tədqiqat nəticəsində yalnız rapamisin verilən siçanların ömrü 17-18 faiz, yalnız trametinib verilənlərin ömrü isə 7-16 faiz artıb. Hər iki dərmanın birlikdə tətbiqi isə ömrü 26-35 faiz uzadıb. Araşdırma zamanı bu kokteyli qəbul edən siçanlarda qaraciyər və dalaqda şişlərin gec meydana çıxdığı, beyin, böyrək və əzələlərdə iltihabın azaldığı, ürək funksiyalarının daha ləng pozulduğu müşahidə edilib. Həmçinin bu siçanların yaşlandıqdan sonra daha aktiv qaldığı və daha az çəki aldığı bildirilib.
Məlumata görə dişi siçanların orta ömür müddəti 34,9 faiz, erkəklərdə isə 27,4 faiz artıb. Ən uzun yaşama müddəti isə müvafiq olaraq 32,4 və 26,1 faiz uzanıb.
Alimlər bildiriblər ki, bu iki dərman bədəndəki Ras/İnsulin/TOR siqnal yoluna təsir göstərir və birlikdə istifadə olunduqda daha güclü nəticə verir. Maraqlıdır ki, dərmanların istifadəsi zamanı əlavə hər hansı yan təsir qeydə alınmayıb.
Araşdırmanın müəllifi genetik Prof. Linda Partridge bu nəticələrin insanlarda tam eyni təsiri göstərməyəcəyini desə də, sağlam qocalıq dövrünü uzatmaq baxımından mühüm addım olduğunu qeyd edib. Hər iki dərman artıq Avropa və ABŞ-da təsdiq olunduğundan, insanlarda klinik sınaqlara yaxın vaxtlarda başlanacağı gözlənilir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
XƏBƏR LENTİ
-
"Həyat yoldaşım iki ev arasında qalıb" - Nadir Qafarzadə
-
Pərviz Abubəkirov işdən çıxarıldı
-
Azərbaycanda ailələr niyə dağılır?
-
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb - (Foto)
-
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
-
Bakıda iki ərazidə hərəkət məhdudlaşdırılacaq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - (Foto)
-
Azərbaycan XİN İspaniyaya başsağlığı verib
-
"Deyirlər, Oqtay Əliyevin vəfatından sonra Dilarə daha çox parladı" - Dilarə Əliyeva
-
İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik
-
İspaniyada üçgünlük matəm elan olundu
-
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - (Foto)
-
İspaniyada sürət qatarları toqquşdu - 64 nəfər öldü - (Yenilənib/Video)
-
"Real Madrid" Mbappeyə görə Çin xalqından üzr istədi
-
Azərbaycan sərhədini pozan əfqanlar saxlanıldı
-
İran səfirindən Azərbaycanla bağlı açıqlama
-
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişidi
-
İspaniya kubokunun bütün oyunları ləğv edildi
-
"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olundu
-
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edildi
-
Gələn il ünvanlı sosial yardımlar bu qədər artacaq
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Azərbaycanda 17 min manata pişik satılır
-
Azərbaycanda aliment artırılacaq





