Qoroskop

Hansı Bürclər Cəhənnəmə gedəcək? - Astrologiyaya görə, "təhlükəli siyahı" AÇIQLANDI

31 May 2025 02:02
Baxış: 3 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Astroloqların son proqnozlarına görə, bürclərin Cəhənnəmə gedib-getməməsi artıq ulduzların mövqeyindən asılıdır! Bəli, bu dəfə məsələ nə sevgi, nə də puldur - birbaşa Axirət məsələsidir!

Gəlin görək, ulduzlar kimi "yanmağa" daha meylli hesab edir...

Milli.Az həmin bürcləri təqdim edir:

Əqrəb

Əqrəblər sirrli, intiqamçı və nə istədiyini bilən bürclərdəndir. Dediklərinə görə, Cəhənnəmin bir küncündə artıq onların üçün VIP yer ayrılıb. Əqrəb deyir: "Oranı da idarə edərik!"

Əkizlər

Söhbəti ilə beyin yandıran Əkizlər üçün artıq yer sifariş olunub. Mələk də, şeytan da onlara tam inana bilmir: "Görəsən bu dəfə hansı simadadır?"

Qoç

Ağzına gələni deyən, öz bildiyindən dönməyən Qoçlar bəzən "Cəhənnəmlik odur ki!" dedizdirir. Amma heç narahat deyillər: "Orda da lider biz olacağıq!"

Oğlaq

Duyğusuz, sərt və daim iş başında olan Oğlaqlar üçün Cəhənnəm də bir layihədir. Ora getsələr belə, strukturlaşdırıb menecment tətbiq edəcəklər. Hətta şeytan belə təəccüblənəcək: "Bu qədər plan necə olar?"

Dolça

Sistemi dağıtmağı sevən Dolçalar "Qayda varsa, pozmaq üçündür" prinsipini mənimsədiyi üçün onlara da qapılar açıqdır. Ancaq orda da bir üsyan baş verəcək kimi görünür.

Kimlər Cənnətlikdir?

Balıqlar, Tərəzi və Xərçəng kimi həssas və mehriban bürclərin isə Cənnət yolunda olduqları bildirilir.

Onlar deyir: "Cəhənnəmə gedənlərə də rəhm edək..."

Qeyd edək ki, Bu yazı əyləncə və yumor məqsədi daşıyır. Heç bir real dini inanca əsaslanmır və kimisə incitmək niyyəti daşımır. Hər bürcün öz gözəlliyi və dəyərləri var!

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.