İdman

Vinisius gələcəyi ilə bağlı qərar verdi

19 Yanvar 2026 00:17
Baxış: 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vinisius Junior gələcəyi ilə bağlı qərar qəbul edib.

Milli.Az xəbər verir ki, o, mövsümün sonunda "Real Madrid"dən ayrılmaq istəyir.

Buna səbəb isə braziliyalı futbolçunun "Santiaqo Bernabeu"da azarkeşlər tərəfindən davamlı fitə basılması olub.

O, yaxın çevrəsinə belə deyib:

"Məni istəmədikləri yerdə oynamaq istəmirəm."

Bildirilir ki, baş verənlərdən sonra futbolçu klubdakı gələcəyi ilə bağlı ciddi şəkildə düşünməyə başlayıb və mövsümün sonunda ayrılıq variantını nəzərdən keçirir.

Bunun ilə bağlı daha ətraflı məlumatın yaxın saatlarda açıqlanacağı gözlənilir.

Bu arada "Çelsi"nin (CFC) də Vinisius Junioru transfer siyahısına daxil etdiyi və braziliyalı ulduzu yaxından izlədiyi qeyd olunur. (Offsideplus.az)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.