Atəşkəsdən sonra Ərdoğan Şara ilə danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Suriyada Şam rəhbərliyi və YPG/SDG qruplaşması arasında atəşkəs əldə olunduqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd Şara ilə telefon danışığı aparıb. Ərdoğan Türkiyənin başda terrorla mübarizə olmaqla, bir çox sahədə Suriyaya dəstəyinin artaraq davam edəcəyini bildirib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duran görüşlə bağlı bu məlumatları paylaşıb:
Görüşdə Türkiyə-Suriya əlaqələri və ölkədəki son vəziyyət müzakirə olunub.
Prezident Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə və sabitliyinə böyük önəm verdiyini vurğulayıb.
Ərdoğan qeyd edib ki, Suriya torpaqlarının terrordan tamamilə təmizlənməsi həm region, həm də Suriya üçün zəruridir. O, Türkiyənin bu istiqamətdə Suriyaya hər cür dəstəyi verəcəyini təsdiqləyib.
Xatırladaq ki, Suriya ordusu yanvarın 13-də Fəratın qərbindəki bölgələri "qapalı hərbi zona" elan etmiş və bütün silahlı qruplardan oranı tərk etmələrini tələb etmişdi. Keçən həftə isə Hələbin bəzi məhəllələri (Eşrefiye, Şeyx Maqsud və Beni Zeyd) ordunun nəzarətinə keçmişdi.
Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDG) arasındakı razılaşmaya əsasən:
SDG-yə bağlı hərbi qüvvələr Fərat çayının şərqinə çəkiləcək.
Deyrizor və Rakka vilayətləri Suriya hökumətinin nəzarətinə veriləcək.
Suriya Prezidenti Şara atəşkəsi elan edərkən bildirib ki, Məzlum Abdi ilə nəzərdə tutulan görüş hava şəraiti ilə bağlı təxirə salınsa da, qruplaşma ilə bağlı bütün problemlər aradan qaldırılacaq.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi işdən çıxarıldı
-
Türkiyədə mədəndə partlayış: 3 ölü, 5 yaralı var - (Yenilənib/Video)
-
“Qalatasaray”da derbi öncəsi ciddi itki
-
“Trabzonspor”un ulduzu qələbədən sonra qəzaya düşdü – Ailəsi də avtomobildə olub
-
“Qalatasaray” – “Fənərbağça” derbisini idarə edəcək hakim bəlli oldu
-
Sergen Yalçın: "Mən xalqın baş məşqçisiyəm"
XƏBƏR LENTİ
-
Zığda yaşayış binasındakı yanğın söndürüldü - (Yenilənib)
-
Flora Kərimovanın vəziyyəti açıqlandl
-
Ceyhunun öldüyü dava: Tanınmış idmançı saxlanıldı
-
Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib
-
Zeytunla başlayan, musiqi ilə davam edən gün - (Foto)
-
“İspan simfoniyası” virtuoz skripkaçı Elvin Xoca Qəniyevin ifasında Polşada gur alqışlarla qarşılanıb - (Foto/Video)
-
Nev vəfat etdi
-
Türkiyədən Yunanıstana xəbərdarlıq
-
Kiyevdə partlayışlar baş verib
-
Azərbaycan məktəblərində hicab məsələsi türkiyəli jurnalistlə müzakirə olunub
-
Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir
-
Gəncədə 49 yaşlı kişi bıçaqlandı
-
Dilarə Əliyevaya yeni vəzifə verildi
-
Sumqayıtda maşın piyadaları vurdu, sonra yandı
-
Milli Dram Teatrında Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anım günü keçirilib - (Foto)
-
Xocalının 3 kəndinə 7,3 milyon manat xərclənəcək
-
Hava ilə bağlı xəbərdarlıq edildi
-
Onların maaşına 50 faizədək əlavə veriləcək
-
Kafedəki davada saxlanılan deputat oğlunun fotosu
-
“QƏLƏBƏ NƏĞMƏSİ” - Gəncədə
-
Payızda bu qidaları süfrənizdən əskik etməyin
-
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov
-
Bəzi pensiya alanları hansı dəyişikliklər gözləyir?
-
Zeytun Festivalının ikinci günü başladı - (Foto)





