İqtisadiyyat

Bakıda yeni yollar inşa ediləcək: İşlərə başlanıldı - VİDEO

18 Yanvar 2026 22:57
Baxış: 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər" Dövlət Proqramına əsasən paytaxtda 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub.

Milli.Az xəbər verir ki, bu layihələrdən biri Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçələrini əlaqələndirən yeni yoldur.

Artıq ərazidə hazırlıq işlərinə başlanılıb. Yeni yol ərazidəki dəmiryol xəttinin aşağı hissəsindən tunel vasitəsilə keçəcək və Ağ şəhərdən Babək prospekti istiqamətinə alternativ yol olacaq. Bu yolun açılması hər iki istiqamətdə gediş-gəlişi asanlaşdıracaq və vaxt itkisini minimuma endirəcək.

Daha bir mühüm layihə akademik Həsən Əliyev küçəsi ilə metronun "Koroğlu" stansiyasını əlaqələndirən yolun inşasıdır. Artıq yolboyu tunellərdə və piyada keçidlərində tikinti-quraşdırma işləri aparılır.

Daha ətraflı Aztv-nin süjetində:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.