Bu bitkiyə toxundu, kəkələməyə başladı - Hər evdə var - DİQQƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi ev bitkilərinin gözoxşayan görüntüsünün arxasında ciddi sağlamlıq riski dayana bilər. Xüsusilə son günlərdə sosial mediada böyük maraqla qarşılanan hadisə bu riski bir daha gündəmə gətirib.
Milli.Az xəbər verir ki, Bursada yaşayan Meryem Can adlı qadın evində uzun illər bəzək məqsədilə saxladığı "ağlayan çiçək" kimi tanınan "Dieffenbachia" bitkisi ilə təmasdan sonra danışa bilmədiyini açıqlayıb.
Hadisə zamanı bitkini düzəltmək istəyərkən gövdəsinin qırıldığını və içindən çıxan mayenin üz və ağız nahiyəsinə sıçradığını bildirən Can qısa müddətdə dilində yanma və kəkələmə yaşadığını, danışmaqda çətinlik çəkdiyini deyib:
"Əvvəlcə aloe veraya bənzədiyi üçün narahat olmadım. Ancaq dilimdə güclü yanma hiss etdim. Suyu udmadım və dərhal xəstəxanaya gəldim. Həkimlər də bu hadisəyə təəccübləndilər" .
Həkim müdaxiləsindən sonra vəziyyəti stabilləşən Can "Əgər bu mayeni udmuş olsaydım, nəticələr daha ağır ola bilərdi," deyərək, xüsusilə ailələri və ev heyvanı sahiblərini ehtiyatlı olmağa çağırıb.
Tropik bölgələrdən gələn və ev dekorasiyasında geniş istifadə olunan "Dieffenbachia bitkisi" böyük və rəngarəng yarpaqları ilə seçilir. Lakin bu bitkinin gövdə və yarpaqlarında kalsium oksalat kristalları mövcuddur. Bu mikroskopik, iynə formalı kristallar ağız, boğaz və dəri ilə təmasda olduqda qıcıqlanmaya, şişkinliyə və hətta nitq pozğunluğuna səbəb ola bilər.
Mütəxəssislər qeyd edir ki, bu cür dekorativ bitkilərin təhlükəsizliyi ilə bağlı cəmiyyət daha çox məlumatlandırılmalıdır. Gözəl görünüş aldadıcı ola bilər - təhlükə bir anın içində ortaya çıxa bilər.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
XƏBƏR LENTİ
-
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama
-
Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
-
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
-
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb, saxlanılanlar var - (Video)
-
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
-
Sabah Ağdaşda qaz olmayacaq
-
Xankəndidə MDB-nin antiinhisar məsələləri üzrə iclası keçirilib - (Foto)
-
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunur - (Foto)
-
Azərbaycanda hotel sektorunda nə baş verir?
-
"Həyat yoldaşım iki ev arasında qalıb" - Nadir Qafarzadə
-
Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib - (Foto/Video)
-
Pərviz Abubəkirov işdən çıxarıldı
-
Azərbaycanda ailələr niyə dağılır?
-
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb - (Foto)
-
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
-
Bakıda iki ərazidə hərəkət məhdudlaşdırılacaq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - (Foto)
-
Azərbaycan XİN İspaniyaya başsağlığı verib
-
"Deyirlər, Oqtay Əliyevin vəfatından sonra Dilarə daha çox parladı" - Dilarə Əliyeva
-
İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik
-
İspaniyada üçgünlük matəm elan olundu
-
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - (Foto)
-
İspaniyada sürət qatarları toqquşdu - 64 nəfər öldü - (Yenilənib/Video)
-
"Real Madrid" Mbappeyə görə Çin xalqından üzr istədi





