İdman

Minifutbol millimiz dünya çempionatının finalına yüksəldi

30 May 2025 21:27
Baxış: 986
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın minifutbol millisi növbəti qarşılaşmasını keçirib.

Milli.Az-ın məlumatına görə, komandamız Bakıda təşkil olunan dünya çempionatında yarımfinal mərhələsində meydana çıxıb.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Monteneqro yığması ilə qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən oyunda millimiz 2:1 hesabı ilə qalib gəlib. Qolları Ağaseyid Qasımov və Ramiz Çovdarov vurublar.

Bu qələbə ilə Azərbaycan millisi dünya çempionatının ilk finalçısı olub. Finaldakı rəqibimiz Macarıstan - Çexiya qarşılaşmasından sonra bəlli olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.