Dünya

Üzərinə 300 kiloqramlıq qaya parçası düşsə də, SAĞ QALDI - FOTO

31 May 2025 16:55
Baxış: 1 076
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alyaska sakini Kell Morris həyatı bahasına başa gələcək hadisədən möcüzəvi şəkildə xilas olub. Belə ki, üzərinə 300 kiloqram ağırlığında nəhəng qaya parçası düşən kişi xanımının zirəkliyi və xoşbəxt təsadüflər nəticəsində salamat qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə həyat yoldaşı Co ilə birlikdə Qodvin buzlağına yürüş edərkən baş verib. O, daşlı cığırda sürüşüb, ardınca qopan qaya parçası təpədən düz kişinin üzərinə düşüb. Xoşbəxtlikdən, zərbəni digər qaya parçaları yumşaldıb. Buna baxmayaraq, Kellin bir ayağı qayanın altında sıxışıb qalır.

Həyat yoldaşı Co dərhal xilasedicilərə zəng edib, həmçinin onlar gələnə qədər ərinin başını suyun üzərində saxlayıb ki, o, çayda boğulmasın.

Daha bir xoşbəxt təsadüf o idi ki, hadisə yerinin yaxınlığında buzlaq boyunca it qoşqularında gəzinti təklif edən turizm şirkəti olub. Onun əməkdaşları həyəcan siqnalını eşidərək, xilasedicilərin operativ çatdırılması üçün öz helikopterlərini təklif ediblər.

Əməliyyatın bütün iştirakçılarının koordinasiyalı fəaliyyəti sayəsində xilasedicilər tez bir zamanda zərərçəkənə çatıblar və xüsusi şişirdilən yastıqların köməyi ilə çoxtonlu qaya parçasını qaldıraraq Kelli azad ediblər. O, yerli xəstəxanada həkimlərin nəzarəti altında iki gün keçirəndən sonra evinə qayıdıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.