İdman

Araz Musayevin xəstəxanadan FOTOsu yayıldı

31 May 2025 16:58
Baxış: 1 450
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Antalyada bıçaqlanan Araz Musayevin xəstəxanadan son görüntüsü yayılıb.

Milli.Az xəbər verir ki, ilk günlər ağır vəziyyətdə olan Araz Musayev artıq palataya köçürülüb. Onu ziyarətə gələnlər sosial şəbəkələrdə Araz Musayevin son vəziyyətini əks etdirən foto paylaşıblar. Fotodan göründüyü kimi, Araz Musayevin vəziyyəti artıq stabildir.

Xatırladaq ki, mayın 28-də Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev Antalyada bıçaqlanmışdı. Hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Hadisə ilə bağlı yayılan videoda Araz Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. Araz Musayevi bıçaqlayan və əlbir olan şəxslərin həbs olunduğu barədə də məlumat vermişdik. Araz Musayev bıçaqlanmazdan əvvəl paylaşdığı statuslarda Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovu ittiham edib. A. Musayev bildirib ki, E. Məmmədov muay-tay idmançılarının qarşısını kəsməyə çalışır. Hətta Araz Musayev qeyd edib ki, Elnur Məmmədov onun üzərinə bir qrup şəxs göndərib. /Ajans.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.