Rusiya

Rusiyada səkkiz tibb işçisinə uşaq alveri ittihamı irəli sürülüb

31 May 2025 21:00
Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Primorsk diyarı prokurorluğu yetkinlik yaşına çatmayanların alverində şübhəli bilinən səkkiz tibb işçisinə qarşı ittihamları təsdiqləyib.

Bu barədə Telegram kanalında məlumat yayılıb. 

Məlumata görə, 2018-2020-ci illərdə həkimlər saxta tibbi sənədlərlə 13 yeni doğulmuş uşağı xaricə satmaq üçün əməliyyatlar həyata keçiriblər. Onlar bu işdən 53 milyon rubldan çox gəlir əldə ediblər. Cinayətkarlıq məqsədilə sonsuzluğun müalicəsi adı altında köməkçi reproduktiv texnologiyalardan istifadə olunub.

İş məhkəməyə göndərilib, təqsirləndirilənləri 15 ilə qədər həbs cəzası gözləyir.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.