Dünya

Maskın narkotik istifadə etməsinə Trampdan reaksiya

31 May 2025 23:47
Baxış: 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp amerikalı milyarder İlon Maskın narkotik istifadə etməsi ilə bağlı məlumatların onu narahat etmədiyini bildirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

"Onunla bağlı məni heç nə narahat etmir", - deyə Tramp vurğulayıb.

ABŞ prezidenti həmçinin qeyd edib ki, bu barədə mətbuatda yazılar dərc olunana qədər iş adamının narkotik maddələrdən istifadə etdiyini bilməyib.

Xatırladaq ki, bəzi ABŞ mediası İlon Maskın Donald Trampın seçki kampaniyası dövründə tez-tez narkotik istifadə etdiyinə dair məlumatlar yaymışdı. Jurnalistlər yazırdı ki, milyarder yanında təxminən 20 həb olan dərman qutusu daşıyıb. Bu həblər arasında stimulyator olan "adderall" da olub.

Daha sonra narkotik maddələrdən aktiv istifadəyə görə milyarderin səhhətində problemlər yarandığı açıqlanmışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.