Şou-biznes

"O şimdi asker" deyirdi - elə VİDEOsu yayıldı ki...

31 May 2025 18:37
Baxış: 1 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir vaxtlar "O şimdi asker" mahnısı ilə məşhurluq qazanan Tuğba Ekinci bu dəfə qeyri-adi reklam videosu ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçi sosial mediada paylaşdığı video ilə müzakirə mövzusuna çevrilib.

Belə ki, Tuğba Ekinci bir məkanın reklamını etmək məqsədilə hərbi kamuflyajda kameralar qarşısına keçib. O, məkanın qarşısında qəribə hərəkətlər sərgiləyib. Bu görüntülər sosial mediada sürətlə yayılıb və çox sayda istifadəçi tərəfindən "Haradan haraya..." şərhləri ilə qarşılanıb.

Tuğba Ekinci 1977-ci il iyunun 4-də Türkiyənin Qars şəhərində anadan olub. Uşaqlıq illəri İstanbulda keçib. Musiqi karyerasına 2005-ci ildə oxuduğu "O şimdi asker" mahnısı ilə başlayıb. Bu mahnı həm sözləri, həm də klipi ilə səs-küyə səbəb olub və müğənniyə şöhrət qazandırıb. /Musavat.com

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.