İdman

Azərbaycan minifutbol millisi dünya çempionatının qalibi oldu

1 İyun 2025 21:43
Baxış: 1 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qalibi bəlli olub.

Milli.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolları Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov və Rəvan Kərimov (2) vurublar.

Bununla da Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv tarixində ilk dəfə dünya çempionatının qalibi olub.

Qeyd edək ki, turnirdə üçüncü yeri Monteneqroya 3:0 hesabı ilə qalib gələn Serbiya millisi tutub.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.