Türkiyə

Türkiyədə güclü zəlzələ - 1 ölü, 69 yaralı - VİDEO

3 İyun 2025 09:10
Baxış: 1 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Muğlanın Marmaris bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib.

Milli.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Marmarisdən 10,43 km aralıda, Aralıq dənizində qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 02:17-də (Bakı vaxtı ilə 03:17) baş verib və onun ocağı 67,91 km dərinlikdə yerləşib.

Zəlzələ İzmir, Antalya və bir çox digər vilayətlərdə də hiss olunub.

"TRT Haber"in məlumatına görə, Muğla valisi İdris Akbıyık zəlzələ zamanı təşvişə düşərək hündürlükdən tullanma və panik atak nəticəsində ümumilikdə 69 nəfərin yaralandığını bildirib. Vali həmçinin bir nəfərin həyatını itirdiyini açıqlayıb.

Onun sözlərinə görə, zəlzələ nəticəsində heç bir dağıntı qeydə alınmayıb.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.