Türkiyə

Fəhlələr kisələrin altında qaldı - Ölən və yaralananlar var - ANBAAN VİDEO

3 İyun 2025 10:23
Baxış: 1 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə taxıl anbarında çalışan işçilərin üzərinə iri kisələr aşıb. Təhlükəsizlik kamerasına düşən qəza zamanı bir neçə işçi kisələrin altında qalaraq ölüblər.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, o anlar təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə qeydə alınıb.

Hadisə taxıl saxlama və emal müəssisəsində baş verib. Görüntülərə əsasən, işçilər heç bir təhlükədən xəbərsiz işləyərkən, üst-üstə yığılmış nəhəng kisələr bir anda tarazlığını itirərək onların üzərinə aşıb. Tonlarla ağırlıqda olan kisələrin altında qalan bəzi işçilər hadisə yerində həyatını itirib, digərləri isə ağır yaralanıb.

Kadrlarda kisələrin aşdığı an, işçilərin qaçmağa çalışması və sonrasında yaşanan panika açıq şəkildə görünür.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.